Ordu.az xəbər verir ki, bunu Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Qurqen Arsenyan “Rossiya 1” dövlət telekanalına verdiyi müsahibədə bildirib.
“Bu, hər hansı bir ölkəyə qarşı aparılan hibrid müharibənin çox güclü elementidir. Söhbət kimisə tarixi yenidən yazmağa məcbur etməkdən gedir”, - deyə erməni diplomat bildirib.
O, həmçinin vurğulayıb ki, tarixin, xüsusilə İkinci Dünya müharibəsi hadisələrinin təhrif olunması qəbulolunmazdır.
Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Mərkəzi Muzeyində yenilənmiş sərgiyə Moskvadakı xarici diplomatik nümayəndəliklərin 100-dən çox təmsilçisi baxıb.
Alpər Mövludoğlu
Ordu.az