“KTMT-dən çıxmışıq? İndi də digər ölkələrdən silah alırıq” - Tonoyan

2026/02/1771405046.jpg
Oxunub: 426     12:56     18 Fevral 2026    
“Mən indi ritorik bir sual verirəm: məgər biz KTMT-dən çıxmışıq ki, indi başqa ölkələrdən silah alırıq?”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan Baş nazir Nikol Paşinyanın “KTMT bizim digər beynəlxalq strukturlardan silah almağımıza maneə olub, həmin silahların Ermənistanın suveren ərazisindən kənarda yerləşdirilə biləcəyi qorxusu var idi” bəyanatına münasibət bildirərkən deyib.

“Üzvlüyün dondurulmasının buna nə dəxli var, məgər biz çıxmışıq, statusumuz dəyişib? Mən “dondurmaq” termininin nə demək olduğunu anlamıram, lakin başa düşürəm ki, KTMT-nin tədbirlərində, qərarların qəbulunda və s. iştirak etmirik, amma hüquqi status dəyişməyib. Biz KTMT üzvüyük və gördüyüm qədərilə bu, silah alınmasına mane olmur. Həmçinin Rusiya ilə münasibətlərimizdə də heç bir dəyişiklik yoxdur. Bu, daha çox Qarabağ münaqişəsi ilə bağlı problem idi, həmin vaxt Fransa və ABŞ Minsk qrupunun həmsədrləri idilər və onlar o zaman nə Ermənistana, nə də Azərbaycana silah tədarük etməyə icazə vermirdilər. Əsas problem bu idi”, - deyə keçmiş erməni nazir vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Ermənistan  


Bizi "telegram"da izləyin