Sabiq erməni müdafiə naziri: “Deyirlər ki, müharibə ilə bağlı hesabat mənim onunla tanış olmağıma imkan verən statusa malik deyil”

2025/07/1752569690.jpg
Oxunub: 323     12:34     18 Fevral 2026    
“44 günlük müharibənin hallarını araşdıran parlament istintaq komissiyasının sədri Andranik Köçaryan deyirdi ki, mən istintaq komissiyasının hesabatı ilə deyil, yalnız həm qapalı, həm də açıq iclaslarda çıxış etdiyim protokollarla tanış ola bilərəm. O, hesabatın özü barədə danışmayıb”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan deyib.

“Lakin parlamentin daxili nizamnamə qanununa əsasən, hesabatla tanış olmaq hüququm var. Mən yenidən müraciət etmişəm, lakin hələ ki heç bir cavab almamışam. Hesabat hazırlanıb, lakin parlament aparat rəhbərinin dediyinə görə, sənəd hələ mənim onunla tanış olmağıma şərait yaradacaq statusa malik deyil”, - deyə o bildirib.

Hesabat dərc olunarsa, məsələn, Nikol Paşinyanın çox pis vəziyyətə düşə biləcəyi və hesabatın ictimaiyyətdən gizlədilməsinin bununla bağlı olub-olmaması barədə suala Tonoyan belə cavab verib: “Kimin hansı vəziyyətə düşə biləcəyini bilmirəm. Məsələ ondadır ki, mənim cavablarıma əsaslanacaq həmin hesabatın məzmunu nə dərəcədə doğrudur? Mənim məqsədim cavabların düzgün formalaşdırıldığını, düzgün anlaşıldığını və bundan sonra ciddi beynəlxalq problemlərin yaranmayacağını anlamaqdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Ermənistan  


Bizi "telegram"da izləyin