Ermənistan xarici işlər naziri AK-nin Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş direktoru ilə görüşüb

2026/02/1771401643.jpg
Oxunub: 346     11:59     18 Fevral 2026    
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş direktoru Gert Yan Kupman ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər regional iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına yönəlmiş layihələri, eləcə də bu istiqamətdə Ermənistan-Aİ əməkdaşlığı məsələlərini müzakirə ediblər.

“Ararat Mirzoyan və Gert Yan Kupman Ermənistan-Aİ arasında planlaşdırılan növbəti yüksək səviyyəli tədbirlərin və səfərlərin gündəliyi, həmçinin tərəfdaşlığın inkişafına yönəlmiş yeni nəzərəçarpacaq nəticələrin təmin edilməsi istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə demokratik dözümlülüyün davamlı şəkildə möhkəmləndirilməsinə xidmət edən təşəbbüslərə də toxunulub.

Ararat Mirzoyan və Gert Yan Kupman, həmçinin regional proseslər, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesindəki mövcud dinamika və imkanlar, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AK  


Bizi "telegram"da izləyin