Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd olunur ki, “Demokratiyaya dəstək və seçkilərin əlaqələndirilməsi qrupu” proqramı çərçivəsində keçiriləcək tanışlıq səfərində iştirak etmək məqsədilə fevralın 23-dən 25-dək Brüsselə (Belçika Krallığı) aşağıdakı şəxslər ezam olunacaqlar: Ermənistan parlamentinin Avropaya inteqrasiya məsələləri daimi komissiyasının sədri Arman Yeqoyan, “Şərəfim Var” fraksiyasının rəhbəri Hayk Mamicanyan, deputatlar Babken Tunyan, Artsvik Minasyan, Alxas Qazaryan, Lilit Minasyan, Anna Qriqoryan, Artur Xaçatryan, parlament aparatının Xarici əlaqələr idarəsinin rəisi Tiqran Seyranyan, habelə həmin idarənin Beynəlxalq təşkilatlar şöbəsinin baş məsləhətçisi Janna Harutyunyan.
Alpər Mövludoğlu
Ordu.az