Erməni siyasi şərhçi: “Rəsmi İrəvan indiyədək İlham Əliyevin Münhendə verdiyi bəyanata reaksiya verməyib”

2026/02/1771396542.jpg
Oxunub: 443     16:21     18 Fevral 2026    
“Qeyd etmək lazımdır ki, rəsmi İrəvan indiyədək İlham Əliyevin Münhendə verdiyi bəyanata reaksiya verməyib”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Hakob Badalyan “Facebook” səhifəsində yazıb.

“Bu mövzuya iki gün əvvəl “Günün mövzusu” verilişində toxunmuşam. Veriliş “Aravot”un platformalarında yayımlanıb, link isə “Telegram” kanalımın xəbər lentində yerləşdirilib.

İlham Əliyevin bəyanatı qarşısında İrəvanın susqunluğu yəqin ki, ötən həftəsonu Nikol Paşinyanın açıqlamasından dərhal sonra qeyd etdiyim fikri bir daha təsdiqləyir. O zaman Paşinyan çalışdı qeyd etsin ki, guya bəzi ölkələr üçün problem Ermənistan dəmir yolunun rus idarəçiliyində olmasıdır. Həmin bəyanatla bağlı şərhimdə bildirmişdim ki, böyük ehtimalla bu, sadəcə təbliğat manevridir və məqsəd “Tramp yolu” (Zəngəzur dəlizi-red.) məsələsində növbəti diplomatik-siyasi uğursuzluğu əsaslandırmaqdır”, - deyə Badalyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Badalyan   Ermənistan  


Bizi "telegram"da izləyin