Ordu.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” nəşri yazıb.
“Nezavisimaya qazeta” yazır ki, görünür, Paşinyan hökuməti məhz bu təhlükənin, xaricdə alternativ kilsə mərkəzinin yaranmasının qarşısını almağa qərar verib.
“Katolikosun köçməsi üçün arqumentlər az deyildi. Ermənistan daxilində onun imkanları onsuz da günbəgün daralırdı: hakimiyyətin nəzarətində olan kilsə məhkəməsinin qərarı ilə taxtdan endirilmə perspektivindən tutmuş dövlətə xəyanət maddəsi ilə cinayət işinin açılmasına qədər ünvanına müxtəlif təhdidlər səslənirdi. Halbuki məlumdur ki, xaricdə EAK rəhbərinin geniş əlaqə və tərəfdar şəbəkəsi var. Nəticədə, ehtimal ki, katolikos öz addımları ilə Paşinyana bəhanə verib: fevral ayı ərzində o, sanki nümayişkaranə şəkildə hazırlıq işləri aparır və mühacirətdən əvvəl aktivlərini yoxlayırdı”, - deyə KİV bildirib.
Nəşr qeyd edib ki, Paşinyanın katolikosa hücumuna, görünür, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fevralın 10-da İrəvana səfəri təkan verib.
“Bundan əlavə, həbsdə olan erməni müxalif “Müqəddəs Mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan “Christian Solidarity International” (CSI) təşkilatının vasitəçiləri ilə Vensə məktubunu çatdıra bilib. Vensin ofisi məktubun alındığını təsdiqləyib, lakin şərh verməyib.
Ermənistanda dini azadlıqla bağlı məsələlər artıq Nikol Paşinyanı iştirak etdiyi demək olar ki, bütün beynəlxalq forumlarda müşayiət edir.
Hazırda “EAK sürgündə” layihəsi ehtimal ki, iflasa uğrayıb. Paşinyan isə ona sadiq ruhani çevrələrin əli ilə Üçmüədzində hakimiyyətin nəzarətində olan alternativ katolikos seçkiləri keçirə bilər. Türkiyə mediası hətta mümkün namizədin adını da çəkir: İstanbulun erməni patriarxı II Sahak Maşalyan”, - deyə KİV vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az