“Seçkilər hələ başlamamış saxtalaşdırılır, Qərb birtərəfli qaydada Paşinyanı dəstəkləyir” - Aşotyan

2026/01/1769751792.jpg
Oxunub: 353     13:43     18 Fevral 2026    
“Qərbin Nikol Paşinyana münasibəti o qədər açıq və gizlədilməzdir ki, Aİ və ABŞ-nin Ermənistanın daxili işlərinə və qarşıdan gələn seçkilərə müdaxiləsi hətta onların əsas təbliğat platformalarından biri sayılan BBC tərəfindən də qeyd olunub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan “Facebook” səhifəsində canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, beynəlxalq ekspert Kuçer BBC-yə verdiyi müsahibədə açıq şəkildə Qərbin Ermənistanın daxili işlərinə birbaşa müdaxilə etdiyini və Nikol Paşinyanı birtərəfli qaydada dəstəklədiyini bildirib.

“Sübut kimi göstərilir ki, Aİ tərəfindən guya dezinformasiyaya qarşı mübarizə məqsədilə ayrılmış 15 milyon avro əslində Paşinyana açıq dəstəkdir.

Bundan əlavə, beynəlxalq ekspertlər BBC-də qeyd edirlər ki, əgər ruslar Ermənistanın seçkilərinə və daxili siyasətinə müdaxilədə əsasən dolayı əsaslarla ittiham olunursa, Qərb, ABŞ və Aİ bunu açıq şəkildə və Nikol Paşinyanın xeyrinə edir.

Yaxın zamanda baş tutacaq seçkilər hələ başlamamış saxtalaşdırılır, xarici qüvvələr artıq bu seçkilərdə erməni xalqının seçiminə və hüquqlarına açıq şəkildə müdaxilə edir və bunu Paşinyana “stavka” edərək edirlər”, - deyə Aşotyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aşotyan   Ermənistan  


Bizi "telegram"da izləyin