Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərlə görüşdə “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin sabiq baş direktor vəzifəsini icra edən, “Güclü Ermənistan” partiyasının idarə heyətinin üzvü David Qazinyan bildirib.
O izah edib ki, belə halda stansiya ya işləməyəcək, çünki çox bahalı elektrik enerjisi istehsal edəcək, ya tariflər artırılmalı olacaq, ya da fərqi dövlət subsidiya etməli olacaq.
Qazinyan qeyd edib ki, ABŞ-də modul tipli atom elektrik stansiyasının tikintisi üçün ilk lisenziya 2023-cü ildə verilib, lakin elə həmin il tikinti işləri dayandırılıb, çünki real dəyər layihədə göstəriləndən daha yüksək olub. O dəqiqləşdirib ki, bu fakt Ermənistanın ödəyə biləcəyi 9 milyard dolların da son məbləğ olmaya biləcəyini göstərir.
“Heç kim demir ki, modul atom elektrik stansiyası özlüyündə pis bir şeydir. Biz deyirik ki, həmin ölkə hələ belə bir stansiya tikməyib ki, özünün inşa etdiyi obyekti praktikada sınaqdan keçirə bilsin. Məlumatıma görə, dünyada enerji sisteminə qoşulmuş modul atom elektrik stansiyası olan bir ölkə yoxdur”, - deyə Qazinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az