Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentində illik hesabatı zamanı ölkə prezidenti Mixeil Kavelaşvili bildirib.
Gürcüstan prezidentinin sözlərinə görə, Tbilisi artıq “Tərəfdaşlıq üzrə yol xəritəsi” adlı xüsusi sənəd hazırlayıb və burada iki ölkənin maraqları ətraflı şəkildə təqdim olunub.
Kavelaşvili vurğulayıb ki, Gürcüstanla ABŞ-nin yeni administrasiyasının baxışları bir çox məsələlərdə üst-üstə düşür.
Eyni zamanda, Gürcüstan prezidenti Avropa İttifaqı ünvanına kifayət qədər sərt fikirlər səsləndirib və Brüsseli ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.
“Gizli deyil ki, xüsusilə Ukraynada müharibə başlayandan sonra Avropa bürokratiyası kobud şəkildə ölkəmizin daxili işlərinə müdaxilə edir və ikili standartlarla hərəkət edir. Görünür, onlar hələ də Gürcüstanın suveren, müstəqil dövlət olması faktı ilə barışmayıblar”, - deyə o bildirib.
Kavelaşvili qeyd edib ki, Qərb tərəfdaşları Gürcüstanın yalnız öz milli maraqlarını rəhbər tutan ləyaqətli və suveren dövlət statusunu qəbul etməlidirlər.
Alpər Mövludoğlu
Ordu.az