Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, məhkəmə iclasları təyin olunur, lakin keçmiş polis rəisini məhkəməyə gətirmək mümkün olmur, səhhəti məhkəmədə iştirak etməyə imkan vermir.
KİV-in məlumatına görə, faktiki olaraq məhkəmədə cinayət işinin baxılması iflic vəziyyətinə düşüb və artıq təxminən bir aydır ki, keçmiş polis rəisini məhkəməyə gətirə bilmirlər.
“Vladimir Qasparyan 1997-2010-cu illərdə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi vəzifəsini tutarkən, ona etibar edilmiş xüsusilə külli miqdarda əmlakı mənimsəyib. Belə ki, həmin idarədə vəzifəyə təyin olunmuş, onunla faktiki nikah münasibətlərində olan Susanna Sardaryanın faktiki olaraq xidmətə gəlmədiyi və vəzifə öhdəliklərini yerinə yetirmədiyi halda, tabeliyində olan əməkdaşlar vasitəsilə dövlət vəsaitləri hesabına ona əməkhaqqı və ona bərabər tutulan ödənişlərin verilməsini təşkil edib. Bununla da vəzifə səlahiyyətlərindən istifadə edərək, mənimsəmə yolu ilə xüsusilə külli miqdarda pul vəsaitini ələ keçirib.
Xatırladaq ki, “Joğovurd” qəzeti yazmışdı ki, parlamentin sədrinin referenti vəzifəsinə Edqar Muradyan adlı bir şəxs təyin edilib. O işə gəlmir, lakin mükafat və əməkhaqqı alır, sosial şəbəkə səhifəsinə görə “Karuyut” şirkətində çalışır. O, eyni zamanda parlament sədrinin referenti kimi çalışır və buna görə də maaş alır.
“Joğovurd” qəzeti müəyyən edib ki, o, hakim partiyadan olan deputat Lena Nazaryanın köməkçisi Syuzanna Qalstyanın həyat yoldaşıdır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az