Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, Ermənistanın birinci respublikasının yaradılmasının ildönümündə, yəni müstəqillik bayramı günü keçiriləcək bu paradın, aydın məsələdir ki, PR məqsədləri var.
“Halbuki Paşinyanın hakimiyyəti dövründə biz müstəqillik statusumuzdan böyük geriləmə yaşamışıq.
Aydındır ki, o indi bunun əksini sübut etmək üçün hər şeyi edir və bu parad da məhz buna yönəlib, cəmiyyətin geniş təbəqələrinə bu hakimiyyətin qələbələrimizi, Sardarapat döyüşünü dəyərləndirdiyini və “ölkənin azadlığı uğrunda mübarizəyə hazır olduğunu” aşılamağa çalışırlar.
Paradın hazırlıqlarına hələ dekabr ayından başlanılıb, Müdafiə Nazirliyinə tapşırıq verilib ki, hərbi hissələrdən yaxşı görünüşə malik əsgərlər, eləcə də qadın hərbi qulluqçular seçilsin. Artıq paradın məşqlərinə də başlanılıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az