Daha bir itkin şəhidin dəfn olunacağı tarix açıqlanıb

2021/04/52fd5-3239074272.jpg
Oxunub: 475     23:27     17 Fevral 2026    
Daha bir itkin şəhidin dəfn ediləcəyi tarix məlum olub.

Ordu.az-ın məlumatına görə, indiyədək itkin kimi qeydiyyatda olan Şahin Kərimov (Kərimov Şahin Heydər oğlu) nəşinin kimliyi müəyyən edilib.

Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində Vətənin müdafiəsi uğrunda iştirak edib.

Ş. Kərimov 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşmüşdü. Bu günlərdə şəhidin nəşinin qalıqları müəyyən olunub.

Vida mərasimi fevralın 19-da Mingəçevir şəhərində keçiriləcək. Şəhid Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Dəfn  


Bizi "telegram"da izləyin