Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Koyvu öz vəzifəsinin icrasına 2026-cı il fevralın 20-də başlayacaq və Markus Ritteri əvəz edəcək.
Satu Koyvu Finlandiya polisinin yüksək rütbəli zabitidir və milli və beynəlxalq səviyyələrdə 35 ildən artıq təcrübəyə malikdir. O, Fələstin ərazilərində, Ruandada, Namibiyada və Kiprdə BMT və Aİ missiyalarında yüksək vəzifələr tutmaqla geniş beynəlxalq təcrübə qazanıb.
EUMA missiyasının rəhbəri təyin olunmazdan əvvəl Finlandiyanın Milli Polis Şurasında, Espoo üzrə aparat rəhbəri vəzifəsində çalışıb.
Missiya Cənubi Qafqaz regionunda sülhün və sabitliyin dəstəklənməsi istiqamətində Aİ-nin səylərinin mühüm tərkib hissəsidir.
Missiyanın məqsədi Ermənistan və Azərbaycan arasındakı sərhədin Ermənistan tərəfində yerində mövcud vəziyyəti izləmək və hesabat vermək, eləcə də həmin ərazilərdə təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməkdir. Aİ-nin mövcud müşahidə mandatı 2027-ci il fevralın 19-dək qüvvədədir.
Missiyanın tərkibinə 200-dən çox beynəlxalq və yerli əməkdaş daxildir. EUMA-nın müşahidəçiləri və mülki ekspertləri Aİ-yə üzv 25 dövləti, eləcə də Kanadanı təmsil edirlər.
Alpər Mövludoğlu
Ordu.az