Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniyanın Ermənistandakı səfiri Aleksandra Koul və Böyük Britaniyanın müdafiə attaşesi Tomas Şorlend Bol təlimin keçirildiyi əraziyə baş çəkiblər. Orada Ermənistan və Böyük Britaniyadan olan iştirakçılar kibermüdafiə imkanlarını inkişaf etdirmək və peşəkar təcrübə mübadiləsi aparmaq üçün birgə fəaliyyət göstəriblər.
Qeyd edilib ki, səfir Ermənistan və Böyük Britaniya nümayəndələri ilə görüşüb, təlimin gedişini izləyib və dəyişən təhlükəsizlik mühitində kiberdavamlılığın əhəmiyyətini müzakirə edib.
Vurğulanıb ki, Ermənistan tərəfdən təlimdə Müdafiə Nazirliyinin, İnformasiya Sistemləri Agentliyinin və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri iştirak ediblər.
“Belə təlimlər etibarlı tərəfdaşlıqların formalaşmasına, peşəkar bacarıqların inkişafına və təhlükəsizliyin, eləcə də davamlılığın möhkəmləndirilməsinə yönəlmiş ümumi öhdəliyimizin gücləndirilməsinə töhfə verir.
Birləşmiş Krallıq Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində inkişaf edən əməkdaşlığa böyük önəm verir”, - deyə Britaniya səfirliyinin məlumatında bildirilir.
Alpər Mövludoğlu
Ordu.az