Erməni partiya rəhbəri: “Açıq deyin ki, suveren deyilik və hətta özümüz Konstitusiya Məhkəməmizin qərarlarını tanımırıq”

2025/12/1764834344.jpg
Oxunub: 389     21:50     17 Fevral 2026    
“İlham Əliyev çox açıq və sadə şəkildə deyir ki, hakimiyyətimiz nə edilməli olduğunu və bunun hansı ardıcıllıqla həyata keçiriləcəyini bilir”.

Ordu.az xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan yazıb.

“Münhendə Azərbaycan Prezidenti birbaşa bəyan etdi ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsində Ermənistan və Azərbaycan arasında qarşılıqlı anlaşma mövcuddur.

“Düşünürəm ki, Ermənistan və Azərbaycan rəhbərlikləri arasında hansı addımların atılması və bunların hansı ardıcıllıqla edilməsi barədə xeyli anlaşma var”, - deyə İlham Əliyev bildirib.

Ermənistanın bütün vəzifəli şəxsləri, Baş nazir, xarici işlər naziri, ədliyyə naziri və bir sıra hakim partiya deputatları bəyan edirlər ki, guya konstitusiya dəyişikliyinə xarici diktə ilə təşəbbüs göstərilməyib və bu, daxili gündəlikdir. İlham Əliyev isə çox açıq və sadə şəkildə deyir ki, hakimiyyətimiz nə edilməli olduğunu və bunun hansı ardıcıllıqla həyata keçiriləcəyini bilir...

Ya bunu təkzib edin, ya da açıq deyin ki, suveren deyilik və hətta özümüz Konstitusiya Məhkəməmizin qərarlarını tanımırıq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Marukyan  


Bizi "telegram"da izləyin