Qazaxıstan Ermənistana ixracı artırıb, idxalı isə kəskin azaldıb

2025/10/1761476356.jpg
Oxunub: 352     21:30     17 Fevral 2026    
İl ərzində Qazaxıstan idxalı 4,4 milyard dollar artırıb, ixracı isə 2,6 milyard dollar azaldıb və nəticədə ticarət profisitinin üçdə birini itirib.

Ordu.az xəbər verir ki, bu barədə “Zakon.kz” portalı məlumat yayıb.

Ən nəzərəçarpan azalma Rusiya bazarının payına düşüb. Rusiyaya ixrac 9 551,9 milyon dollardan 8 141,5 milyon dollara enib. Beləliklə, il ərzində azalma təxminən 1,41 milyard dollar təşkil edib.

Bununla yanaşı, Belarusa ixrac 171,3 milyon dollardan 271,2 milyon dollara, Qırğızıstana 1 285,8 milyon dollardan 1 662,2 milyon dollara, Ermənistana isə 36,3 milyon dollardan 49 milyon dollara yüksəlib.

Eyni zamanda, Rusiyadan idxal 18 583,7 milyon dollardan 19 231,3 milyon dollara qalxıb. Belarusdan tədarüklər 23,2 faiz, Qırğızıstandan isə 17,1 faiz artıb.

Azalma yalnız Ermənistandan idxalda qeydə alınıb, bu göstərici yarıdan çox azalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Ermənistan  


Bizi "telegram"da izləyin