Müqaviləli erməni hərbi qulluqçu döyülüb, reanimasiya şöbəsindədir - VİDEO

2026/02/Ekran-1771344092.jpg
Oxunub: 484     20:00     17 Fevral 2026    
24 yaşlı müqaviləli erməni hərbi qulluqçu Avetik Mkrtçyanı döyərək gətirib hərbi hissənin qarşısına atıblar. Vəziyyəti ağır olub, bir gözü çıxarılıb.

Ordu.az xəbər verir ki, bu barədə “News.am” nəşrinə müqaviləli eməni hərbi qulluqçunun qonşuları bildiriblər.

Nəşrin əldə etdiyi məlumata görə, Avetik Mkrtçyan Hrazdan şəhərindəndir. O, bir neçə ay əvvəl müqaviləli hərbi xidmətə başlamışdı. Onu tanıyanlar deyirlər ki, sakit və təmkinli oğlandır. Tanıyanlar gənc bir insanın faktiki olaraq əlil vəziyyətinə düşməsindən böyük təəssüf hissi ilə danışırlar. Həkimlər hazırda onun ən azı ikinci gözünün görmə qabiliyyətini qorumaq üçün mübarizə aparırlar.

KİV qeyd edib ki, 72 yaşlı baba Benikdən ailə üzvləri əvvəlcə yeganə nəvəsi ilə baş verənləri gizlətməyə çalışıblar, lakin bir neçə gün əvvəl məcbur olub ona bildiriblər. Bundan sonra baba Benik nəvəsinin şəklini əlindən yerə qoymur. O, təqsirkarların məsuliyyətə cəlb olunmalı olduğunu deyir:

“Mən istəyirəm ki, bunu edənlər cavab versinlər, cəzalansınlar. Gedib azərbaycanlıya qarşı döyüşərdilər. Səbəbini bilmirəm, amma səbəb nə olursa-olsun, belə etmək olmaz. Bir oğlan nəvəm var, onunla da belə rəftar edirlər”.

Hadisədən 12 gün sonra başlanmış cinayət işi üzrə hələ də saxlanılan yoxdur. Şübhəlilərin olub-olmaması da məlum deyil. Ermənistan İstintaq Komitəsi bu hadisə ilə bağlı heç bir təfərrüat açıqlamır. Ermənistan Müdafiə Nazirliyindən isə bildirirlər ki, hadisə hərbi hissədən kənarda baş verdiyi üçün onlar məsələni heç bir şəkildə şərh edə bilməzlər.

Xatırladaq ki, müqaviləli erməni hərbi qulluqçu Avetik Mkrtçyan döyülmüşdü. O, fevralın 5-i axşam saatlarında xidmət etdiyi yer olan Nubaraşen hərbi hissəsinin yaxınlığında son dərəcə ağır vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılmışdı. O, indiyədək reanimasiya şöbəsində qalır.

24 yaşlı Avetikin döyülməsi onun sağlamlığı üçün ağır nəticələrə səbəb olub.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mkrtçyan   Ermənistan   Döyülmə  


Bizi "telegram"da izləyin