Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan özünün “Facebook” səhifəsində yazıb.
“Görüş zamanı Ermənistan-Avropa İttifaqı ikitərəfli əməkdaşlığının gündəliyində olan məsələləri və əldə edilmiş razılaşmaların icra vəziyyətini müzakirə etdik. Həmsöhbətlərimlə birlikdə Avropa İttifaqının Ermənistana göstərdiyi çoxşaxəli dəstəyi məmnunluqla vurğuladıq və onun davamlılığının təmin edilməsinin vacibliyini qeyd etdik.
Həmçinin regional inkişaflara, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə və nəqliyyat, eləcə də iqtisadi əlaqələrin açılması nəticəsində yaranacaq imkanlara toxunduq”, - deyə Qriqoryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az