Ermənistanın Armavir vilayətinin birinci instansiya məhkəməsi hakim Gevorq Manukyanın sədrliyi ilə bu gün bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan barəsində seçilmiş həbs qətimkan tədbirini 3 ay müddətinə ev dustaqlığı ilə əvəz edib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, ona qarşı 1 milyon dram məbləğində girov və ölkədən çıxmamaq qadağası tətbiq edilib.
II Qareginin qardaşı oğlu Hambardzum Nersisyanın da barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
II-Qaregin