İtkin şəhidimizin 34 il sonra nəşi tapılıb

2021/04/52fd5-3239074272.jpg
Oxunub: 652     18:57     17 Fevral 2026    
Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb.

Ordu.az xəbər verir ki, 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş rayon sakini Mahir Abuzər oğlu Quliyevin nəşi aşkar edilib.

Məlumata görə, şəhidin şəxsiyyəti müvafiq ekspertiza prosedurlarından sonra dəqiqləşdirilib və ailəsinə məlumat verilib.

Şəhid Mahir Quliyevin dəfn mərasimi fevralın 19-na planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Mahir-Quliyev  


Bizi "telegram"da izləyin