Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər Ermənistan-Aİ əməkdaşlığının cari proqramlarını, eləcə də iqtisadi imkanların genişləndirilməsinə, investisiya mühitinin yaxşılaşdırılmasına və regional sabitliyin möhkəmləndirilməsinə yönəlmiş gələcək təşəbbüsləri müzakirə ediblər.
“Həmçinin regional inkişaf proseslərinə və sülh gündəminə toxunulub. Baş nazir Paşinyan Ermənistan hökumətinin regionda sabit və davamlı sülhün bərqərar olmasına yönəlmiş mövqeyini təqdim edib.
Tərəflər sıx əməkdaşlığı davam etdirmək üçün ikitərəfli hazır olduqlarını bir daha təsdiqləyiblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az