Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.
Məlumata görə, həmsöhbətlər Ermənistan-Qazaxıstan ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri müzakirə edib, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni imkanları və istiqamətləri vurğulayıblar.
“Görüş zamanı həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinə, regional nəqliyyat yollarının açılmasına, eləcə də “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (Zəngəzur dəhlizi-red.) təşəbbüsünün həyata keçirilməsi nəticəsində formalaşacaq iqtisadi imkanlara toxunulub. Yuxarıda qeyd olunanlar kontekstində səfir İmanbayev Ermənistan-Azərbaycan münasibətlərində mövcud olan müsbət dinamikanı yüksək qiymətləndirib və vətəndaş cəmiyyətlərinin qarşılıqlı səfərlərini alqışlayıb”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az