Nazirlik işçisi: "Minatəmizləmə əməliyyatı yüksək dəqiqliklə həyata keçirilir"

2026/02/asdas-1771326894.jpg
Oxunub: 364     14:47     17 Fevral 2026    
Azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatı tam dəqiqliklə həyata keçirilir.

Ordu.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanışlıq məqsədilə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında nazirliyin minatəmizləmə üzrə xüsusi təyinatlı alayının əməkdaşı Altay Alıyev deyib.

O, FHN-in minatəmizləmə əməliyyatları çərçivəsində qarşıya qoyulan tapşırıqların bir hissəsinin artıq yerinə yetirildiyini vurğulayıb:

"Növbəti tapşırıq hazırda Ağdam rayon ərazisində icra olunur. Bura da digər ərazilər kimi mina və partlamamış hərbi sursatlarla xeyli çirkləndirilib. Ərazidə mexaniki, əllə və itlərlə minatəmizləmə qrupları fəaliyyət göstərir".

O, müşahidə aparılan ərazidə minaların toplanma məntəqəsinin yerləşdiyini bildirib:

"Burada piyada əleyhinə "R 001" minaları, eyni zamanda partlamamış sursatlar toplanıb. Qruplarda çalışan əməkdaşlar əsasən xaricdə təhsil almış mütəxəssislərdir. Minatəmizləmə əməliyyatı yüksək dəqiqliklə həyata keçirilir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Minatəmizləmə   FHN  


Bizi "telegram"da izləyin