Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məlumata görə, görüşdə həmçinin Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktorunun Şərq qonşuluğu və institutların gücləndirilməsi məsələləri üzrə direktoru Adrien Kirali və Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos iştirak ediblər.
Qeyd edilib ki, görüşdə Ermənistan-Aİ tərəfdaşlığının strateji gündəliyinin icrası ilə bağlı məsələlər müzakirə olunub, “Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi”nin tam tətbiqinin əhəmiyyəti xüsusi vurğulanıb.
“Mher Qriqoryan və Gert Yan Kupman regional əlaqəlilik proqramları ətrafında da fikir mübadiləsi aparıblar, “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) təşəbbüsünə toxunublar. Həmsöhbətlər həmçinin İqtisadi və İnvestisiya Planı çərçivəsində birgə görülmüş işləri də müzakirə ediblər.
Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun səfəri və Ermənistan-Aİ sammiti ərəfəsində tərəflər Ermənistan-Aİ əməkdaşlığı üzrə mümkün yeni təşəbbüslərin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirmək barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az