Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Ermənistan Baş Prokurorluğunun qanunsuz mənşəli əmlakların müsadirəsi işləri üzrə idarəsi məhkəməyə müraciət edərək Zəngəzur vilayətinin keçmiş rəisi, Ermənistan parlamentinin keçmiş deputatı Vahe Albert Hakobyandan və onunla əlaqəli şəxslərdən, həyat yoldaşı Elizabet Petrosyandan, qardaşı Karen Hakobyandan, Karen Hakobyanın həyat yoldaşından, qızlarından və Vahe Hakobyanın valideynlərindən Ermənistanın xeyrinə aşağıdakı əmlakların müsadirə olunmasını tələb edir:
9 daşınmaz əmlak.
3 nəqliyyat vasitəsi.
1 hüquqi şəxsdə iştirak payı.
Ümumi məbləği 122 milyon 614 min dram olan 4 borc tələbi hüququ.
Ümumi dəyəri 741 min ABŞ dolları olan 2 istiqraz.
Ümumi məbləği 240 min ABŞ dolları olan 2 depozit.
Qanunsuz pul vəsaitlərinin qalığı kimi 4 milyard 524 milyon 816 min dram.
Şəxsin qanuni gəlirləri ilə əsaslandırılmayan, qanunsuz mənşəli hesab edilən, vicdanlı əldəedənə ötürülmüş və ya eyniləşdirilməsi və müsadirəsi mümkün olmayan 2 milyard 814 milyon 926 min dram.
Alpər Mövludoğlu
Ordu.az