Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun sorğusuna cavab olaraq Ermənistan ərazi idarəetmə və infrastruktur nazirinin müavini Narek Apitonyan bildirib.
Erməni nazir müavininin sözlərinə görə, müzakirələr hələ də davam edir.
KİV qeyd edib ki, yeni atom enerji blokunun tikintisi proqramı çərçivəsində yaradılmış “Atomik Yeni Enerji Blokunun Tikintisi” şirkəti aparılan araşdırma və təhlillərin nəticələrinə əsasən yeni enerji blokunun və ya bloklarının növü və gücü ilə bağlı təklif təqdim edəcək. Bu təklifin nə vaxt hökumətə təqdim olunacağı barədə isə icra hakimiyyəti məlumat vermir.
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin səfəri zamanı İrəvan və Vaşinqton dinc nüvə əməkdaşlığı üzrə danışıqların başa çatdırılması barədə saziş imzalayıblar. Vitse-prezident Vens bəyan edib ki, ABŞ nüvə reaktorları Ermənistana çatdırılacaq. Moskvanın reaksiyası isə gecikməyib, Rusiyanın yüksək vəzifəli rəsmiləri bildiriblər ki, Ermənistanın Rusiyanın təklifinə real alternativi yoxdur.
Alpər Mövludoğlu
Ordu.az