“Ağrı dağının yaxınlığında Türkiyəyə məxsus “Bayraktar” TB-2 uçub”

2026/02/1771308453.jpg
Oxunub: 718     10:05     17 Fevral 2026    
“Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus “Bayraktar” ilə jandarmaya məxsus “Bayraktar”. Ötən gün və bu gün Ağrı dağının yaxınlığında Türkiyəyə məxsus “Bayraktar” TB-2 uçuş həyata keçirib”.

Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Davit Qalstyan sosial şəbəkə hesabında yazıb.

“Birinci halda pilotsuz uçuş aparatı Hərbi Hava Qüvvələrinə məxsus idi. Ağrı ilə Ermənistanın sərhədi arasında uçurdu. Ehtimal olunur ki, Ermənistanın sərhədi və ya ərazisi müşahidə edilirdi. (Qeyd: Ermənistan ərazisində deyil, texniki məsələdir, transponder və s.)

İkinci halda isə polisə məxsus olub. Hərəkət Ağrıdan aşağı, İran sərhədinə yaxın ərazidə qeydə alınıb. Bu halda güman edilir ki, İran sərhədi (qaçaqmalçılıq) və ya kürd qüvvələri ilə bağlı müşahidə aparılırdı”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalstyan   Bayraktar  


Bizi "telegram"da izləyin