Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, Ermənistanın Baş Prokurorluğunun bu səfərlərinin məqsədi ondan ibarətdir ki, Baş prokuror Anna Vardapetyan Ermənistan parlamentinə gedərək Baş Prokurorluğun 2025-ci il üzrə fəaliyyəti haqqında hesabat təqdim etməlidir.
“Bu mənzərə fonunda “Vətəndaş Müqaviləsi” Partiyasında Vardapetyanın 2025-ci ildə təqdim etdiyi illik hesabat da xatırlanıb və həmin hesabatın hansı atmosferdə keçdiyi yada salınıb.
Xatırladaq ki, 2025-ci ildə parlamentdə illik məruzə ilə çıxış edən prokuror Vardapetyan suallara kəskin və quru, məzmunsuz cavablar vermiş, bununla da “Vətəndaş Müqaviləsi” Partiyasının üzvlərinin narazılığına səbəb olmuş və onlar üçün yeni hədəfə çevrilmişdi”, - deyə KİV vurğulayıb.
Nəşrə görə, erməni deputatlar narazılıq edirdilər ki, prokuror heç bir deputatın konkret sualına tutarlı cavab verməyib.
“Üstəlik, onun quru, hətta etinasız üslubu “Vətəndaş Müqaviləsi” Partiyasının deputatlarını o qədər qəzəbləndirmişdi ki, partiya üzvləri üçün müxtəlif otaqlarda Vardapetyanın davranışı fəal müzakirə mövzusuna çevrilmişdi.
Bu il nə baş verəcəyini demək hələ tezdir. Prokuror hətta bütün ermənilərin katolikosuna qarşı ittiham irəli sürüb, buna görə də ola bilsin ki, hakim komanda tərəfindən ona bir çox məsələlər bağışlansın”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az