Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Qərb və Paşinyanın dəmir yolu ilə bağlı hansı planları var?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, artıq fevralın 13-də o bəyan etmişdi ki, dəmir yolu ilə bağlı onun təsəvvürü ondan ibarətdir ki, Ermənistan və Rusiya ilə dost olan hər hansı bir ölkə Rusiyadan idarəetmə hüququnu alsın. Paşinyan əlavə etmişdi: “Rusiyanın dəmir yolunu idarə etməsi nəticəsində biz strateji mövqelərimizi və rəqabət üstünlüyümüzü itiririk”.
MKüəllif bildirib ki, Paşinyanın bu açıqlaması Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Moskva ilə İrəvanın Azərbaycan və Türkiyə ilə bağlı olan Ermənistan dəmir yollarının iki hissəsinin bərpası üzrə danışıqlara başlayacağı barədə bəyanatından sonra səsləndirilmişdi.
“Overçukun sözlərinə görə, belə bir qərar “erməni tərəfinin müraciətinə əsasən və Ermənistan xalqına qarşı dostluq-qardaşlıq hisslərindən irəli gələrək” qəbul olunub.
Rusiya tərəfindən dəmir yollarının iki hissəsinin bərpası işlərinin həyata keçirilməsi Paşinyanın maraqlarına uyğun deyil. Digər tərəfdən, “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiya müqaviləsi 2038-ci ildə başa çatır, ancaq müqaviləyə əsasən, 2028-ci ildə tərəflərdən biri onu ləğv edə bilər. Qərb Paşinyanı konsessiya müqaviləsinin tezliklə ləğvini həyata keçirməyə məcbur edir. Mənbəmizin məlumatına görə, Paşinyan hazırda Fransa və Almaniya ilə gizli danışıqlar aparır.
Daha əvvəl bildirmişdik ki, dəmir yolu məsələsi Paşinyanla Vens arasında geniş tərkibdə keçirilən görüşdə kifayət qədər ətraflı müzakirə olunub. Erməni tərəfinin irəli sürdüyü yeganə tələb ondan ibarət olub ki, əgər yeni bir şirkət cəlb edilərsə, həmin dəmir yolu şirkətində Türkiyə və ya Azərbaycan kapitalı olmasın.
Amerikalılar bunu vəd etməyiblər, əvəzində bildiriblər ki, idarəetmə real sahiblərini müəyyənləşdirməyin son dərəcə çətin olacağı, ofşor şirkətdə qeydiyyatdan keçmiş hər hansı bir şirkət vasitəsilə həyata keçirilə bilər”, - deyə KİV vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az