Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşrin məlumatlı mənbələrinin bildirdiyinə görə, Paşinyan hamını istisnasız şəkildə sərt tənqid edib.
“O, partiyanın aparıcı simalarının fəaliyyətindən narazılığını ifadə edib. Paşinyanın bu mövzuda təxminən belə danışdığı bildirilir: “İnsansınızsa, bir az da siz canınızı ortaya qoyun ki, xalqa xoş gəlin. Yetmədimi ki, bütün yük mənim başıma düşsün, siz isə pul alasınız”.
Eyni mənbələrin sözlərinə görə, o, həmçinin belə deyib: “Bir-birinizin üstünə çəllək diyirlətdiyiniz həvəslə işləyin, yoxsa sonra məndən inciməyin”, - deyə KİV bildirib.
Alpər Mövludoğlu
Ordu.az