II Qaregin müstəntiqlərlə görüş zamanı ifadə verməkdən imtina edib

2026/02/1771305835.jpg
Oxunub: 376     09:22     17 Fevral 2026    
Bütün ermənilərin katolikosu II Qaregin müstəntiqlərlə görüş zamanı öz hüququndan istifadə edərək ifadə verməkdən imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, erməni katolikosa qarşı ittiham irəli sürülməsi ilə bağlı işi nəzarətdə saxlayan prokuror əvvəllər Ermənistan İstintaq Komitəsinin Xüsusi İstintaq İdarəsində müstəntiq kimi çalışmış Xaçatur Qalstyan olub.

KİV bildirib ki, müstəntiq isə İstintaq Komitəsinin Xüsusi İstintaq İdarəsinin müstəntiqi Ara Avaqyandır.

Nəşrin məlumatına görə, fevralın 14-də erməni vəkil, Vəkillər Akademiyasının rektoru Ara Zöhrabyan bildirib ki, Ermənistan prokurorluğu bütün ermənilərin katolikosu II Qaregin barəsində cinayət təqibi başladıb və onun ölkədən çıxışına qadağa qoyulub.

“Misilsiz hadisə baş verib. Ermənistan prokurorluğu Arman Saroyanla bağlı məhkəmə aktının icrasına mane olmaq ittihamı ilə bütün ermənilərin katolikosu barəsində cinayət təqibi başladıb. Ali ruhani rəhbərin Ermənistandan çıxışına qadağa qoyulub ki, bununla da Avstriyada keçiriləcək yepiskoplar toplantısını pozmağa cəhd edilir. Bu, hakimiyyət tərəfindən tarixi baxımdan utancverici bir addımdır”, - deyə o yazıb.

KİV xatırladıb ki, cinayət işləri başlanıb və arxiyepiskop Ter Natan Hovhannisyan, yepiskop Ter Hovnan Hakobyan, yepiskop Ter Makar Hakobyan, yepiskop Ter Muşeğ Babayan, arxiyepiskop Ter Haykazun Nacaryan, yepiskop Ter Vahan Hovhannisyan, eləcə də keşiş Ter Movses Sahakyan məhkəmə aktının icrasına mane olmaqda ittiham olunurlar. Söhbət Erməni Apostol Kilsəsinin Masyatsotn yeparxiyasının vəzifəsindən kənarlaşdırılmış rəhbəri, yepiskop Ter Gevorq Saroyanla bağlı məhkəmə aktından gedir.

“Yəni dövlət artıq açıq şəkildə kilsənin işlərinə müdaxilə edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: II-Qaregin   Ermənistan  


Bizi "telegram"da izləyin