Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, Ermənistanın ABŞ-dəki sabiq səfiri olan Makunts hakimiyyət dəyişikliyindən əvvəl Paşinyanın ingilis dili müəllimi olub, hakimiyyət dəyişikliyindən sonra isə “Mənim Addımım” fraksiyasının katibi vəzifəsini icra edib.
“O, mülayimliyi və hamı ilə dil tapmaq bacarığı ilə seçilir. Əlbəttə, hakim komandada seçkilərdən sonra yenidən iqtidarda qalacaqlarına dair belə bir inam və iddianın olması pis deyil, lakin məsələ ondadır ki, bu baş versə belə, Makunts həmin vəzifənin öhdəsindən gələ bilməz və siyasi nitqi, eləcə də çevikliyi olan namizəd lazımdır.
Qeyd edək ki, digər iddiaçılar Hayk Koncoryan və Ruben Rubinyan təkcə Makuntsdan deyil, həm də hazırkı spiker Alen Simonyandan daha çox səs toplayıblar. Lakin siyahının formalaşdırılmasının ikinci mərhələsi də var. Bu mərhələdə ilk 50 namizəd yenidən səsverməyə çıxarılacaq və yerlərin ardıcıllığı müəyyənləşdiriləcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az