Ordu.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayətə baxılıb və qərar qəbul edilib.
Qəbul edilən qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib.
Qeyd edək ki, ötən il Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli və Məmməd İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il 9 fevralda isə onların barəsində seçilmiş həbs qətimkan tədbiri daha 4 ay uzadılıb.
Təqsirləndirilən hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Ordu.az