Erməni rəsmi: “ABŞ-nin modul tipli reaktoru Ermənistan üçün cəlbedici görünür”

2026/02/1771245290.jpg
Oxunub: 384     16:32     16 Fevral 2026    
“ABŞ-nin modul tipli reaktoru üstünlüklərə malikdir və bu xüsusiyyətlər onu Ermənistan üçün cəlbedici edir”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə görüş zamanı Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyasının sədri Mesrop Mesropyan bildirib.

Onun sözlərinə görə, birinci üstünlük ondan ibarətdir ki, fövqəladə vəziyyət zamanı reaktorun soyudulması üçün insan müdaxiləsi tələb olunmur.

Mesropyan qeyd edib ki, ikinci üstünlük avadanlıqların 80-90 faizinin zavodda istehsal olunması və bu və ya digər ölkədə “Lego” prinsipi əsasında yığılmasıdır.

O, son aylarda modul tipli atom elektrik stansiyasının tikintisi ilə bağlı yalnız siyasətçilərin və siyasi analitiklərin danışmasını normal hesab etmədiyini bildirib və qeyd edib ki, bu məsələdə mütləq ekspertlər də öz mövqelərini bildirməlidirlər.

ABŞ-nin modul tipli AES-i ilk dəfə Ermənistanda inşa edərək onu “sınaq meydançasına” çevirəcəyi ilə bağlı tənqidlərə cavab verən erməni rəsmi bu cür bəyanatlara ciddi yanaşmadığını bildirib. Mesropyan deyib: “Ən azı 15 ölkədə 51 modul tipli reaktor tikilir”.

O, hələ reallaşmamış və kövrək ehtimallara əsaslanan ideyanın tənqid olunmasını qəbuledilməz adlandırıb. “Təhlükəsizlik baxımından bu stansiyalar hazırda mövcud olanlardan daha yüksək səviyyəyə malikdir. Modul stansiyalar daha çevikdir və onların fəaliyyəti daha səmərəlidir”, - deyə Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyasının sədri vurğulayıb.

Erməni rəsmi xatırladıb ki, hazırda fəaliyyət göstərən AES-in istismar müddəti 2036-cı ilədək uzadılmalıdır və mümkün olaraq bundan sonra daha 10-15 il artırıla bilər. Onun sözlərinə görə, Ermənistan bu müddət ərzində sözügedən məsələ ilə bağlı qərar verməlidir.

O, həmçinin əmin edib ki, “Metsamor” AES planlaşdırılandan üç ay daha gec təmirə dayandırılacağı müddətdə Ermənistanda elektrik enerjisi çatışmazlığı yaranmayacaq. Mesropyan izah edib ki, həmin çatışmazlıq digər elektrik stansiyalarının ehtiyatları hesabına kompensasiya ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   AES  


Bizi "telegram"da izləyin