Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Hadson İnstitutunun baş elmi işçisi Maykl Doran “X” sosial şəbəkəsində yazıb.
“2020-ci ilin noyabrında mən orada olanda Rusiya (Ermənistan qüvvələri vasitəsilə) Bakı istiqamətində ən azı bir “İskəndər” ballistik raketi atdı. Zərbə, böyük ehtimalla, birbaşa mənə qarşı yönəlməmişdi, lakin mən belə şeyləri şəxsi qəbul edirəm.
Moskvanın məqsədi heç vaxt Qarabağı Azərbaycana təhvil vermək olmayıb. Məqsəd rus “sülhməramlıları”nın varlığına bəraət qazandırmaq, Laçın yolu üzərində nəzarəti təmin etmək və Bakı ilə İrəvan arasında əvəzolunmaz vasitəçi rolunu gücləndirmək üçün kifayət qədər erməni plasdarmını qoruyub saxlamaq idi. Söhbət Azərbaycanın qələbəsindən deyil, təsir rıçaqlarından və tarazlığın idarə olunmasından gedirdi”, - deyə Doran qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az