Azərbaycanın Ermənistana yanvardakı ixracının ümumi dəyəri açıqlanıb

2026/01/1767798403.jpg
Oxunub: 403     14:43     16 Fevral 2026    
Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ordu.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu, Azərbaycanın ümumi ixracının 0,11 %-ni təşkil edir.

Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.

Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Daha sonra bu il yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton "Aİ-92" markalı avtomobil yanacağı idxal edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin