Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində keçirilən ənənəvi brifinq zamanı müxalif erməni deputat, Ermənistan Respublikaçılar Partiyasının üzvü Tiqran Abrahamyan bildirib.
Erməni deputat sual verib ki, əgər bu, metal tullantısıdırsa, o zaman orduda nə işi var?
Abrahamyan əmin edib ki, o, hakimiyyətin özünün ötən əsrin 60-cı, 70-ci və hətta 30-cu illərinə aid etdiyini bildirdiyi silah növləri ilə şəxsən təmasda olub.
“Daha da artıq deyim, bunlar artilleriya vasitələridir, bəzi hallarda hava hücumundan müdafiə vasitələridir. Yəni nümunələr barədə danışan və 2018-ci ilə qədər olan dövrlə 2018-ci ildən sonrakı nümunələri müqayisə etməyə çalışan şəxslər ya silahlı qüvvələrin əvvəlki və indiki dövrləri barədə ətraflı məlumata malik deyillər, ya da cəmiyyəti bilərəkdən çaşdırırlar”, - deyə erməni müxalif siyasətçi bildirib.
Abrahamyan həmçinin qeyd edib ki, Ermənistanın Müdafiə Nazirliyi hazırkı seçki kampaniyasının xüsusiyyətlərini əsas götürərək faktiki olaraq silahlanmada mövcud olan mühəndis qurğuları (söhbət Ermənistan müdafiə naziri Suren Papikyanın yayımladığı videolardan gedir-red.) barədə məlumatı qarşı tərəf üçün əlçatan edib.
Alpər Mövludoğlu
Ordu.az