Ordu.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında 2025-ci ilin nəticələrini yekunlaşdıran Ermənistan yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan bildirib.
O vurğulayıb ki, 2024-cü illə müqayisədə maliyyələşmənin artımı təxminən 50% təşkil edib.
“2024-cü ildə bu göstərici təxminən 1,4 milyard dram idi. Belə artım kompleks, qavranılması asan olmayan, lakin əsaslandırılmış məzmunlu islahatlar sayəsində mümkün olub və bu da proqramın hərbi-sənaye kompleksi şirkətləri üçün cəlbediciliyini artırıb”, - deyə erməni nazir qeyd edib.
Hayrapetyan 2025-ci ildə həyata keçirilmiş bütün qanunvericilik dəyişikliklərini və sahəvi islahatları ətraflı təqdim edərək bildirib ki, onların nəticəsində erməni hərbi-sənaye şirkətlərinin xarici bazarlara çıxışı da təmin olunub.
“Dövlət sınaqlarının keçirilməsi üçün zəruri olan təcrübi nümunələrin yaradılmasının maliyyələşdirilməsi qaydası hazırlanıb. Bu, şirkətlərimizə dövlət sınaqlarının mürəkkəb və bahalı prosesini keçmək üçün maliyyə dəstəyi göstərən yeni alət mexanizmidir. Nəticədə 2025-ci ildə müəyyən sayda şirkət dövlətdən hərbi məhsulların ixracı üçün lisenziyalar alıb”, - deyə erməni nazir bildirib.
Bundan əlavə, Hayrapetyan davam edərək qeyd edib: “2025-ci ilin sonunda biz həmçinin bəyanatla çıxış etdik ki, Ermənistan hökuməti 2022-2023 və ya 2023-2025-ci illəri əhatə edən üçillik müqavilələr ənənəsini davam etdirmək barədə qərar qəbul edib. Artıq maliyyələşmənin ikinci mərhələsi elan olunub və onun ümumi büdcəsi 151 milyard dramı ötür”.
Alpər Mövludoğlu
Ordu.az