Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində keçirilən ənənəvi brifinq zamanı hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan bildirib.
Erməni deputatın sözlərinə görə, bu səfərlər sülh mühitinin möhkəmləndirilməsinə yönəlib.
“Erməni və Azərbaycan cəmiyyətinin müxtəlif nümayəndələrinin görüşləri həm Ermənistanda, həm də Azərbaycanda dövri xarakter daşıyacaq”, - deyə Hovhannisyan vurğulayıb.
Xatırladaq ki, 2026-cı il fevralın 13-də Ermənistan və Azərbaycan arasında Tavus-Qazax sahəsində delimitasiyadan sonra ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolu ilə Ermənistana gəlib.
Alpər Mövludoğlu
Ordu.az