Ermənistan 300-dən çox "Starlink" terminalı idxal edib

2026/02/1770921101.jpg
Oxunub: 356     13:06     16 Fevral 2026    
Ermənistan 340 "Starlink" terminalı idxal edib.

Ordu.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, terminallar 2025-ci ilin ikinci yarısında tədarük edilib:

"Ermənistanda artıq 2025-ci ildən "Starlink" şirkətinin peyk internet xidmətləri əlçatandır. Terminallar ucqar ərazilərdə internetə çıxışı təmin etməyə imkan verir, çünki "Starlink" naqilli infrastrukturdan asılı deyil. Ənənəvi yeni nəsil peyk interneti ilə müqayisədə terminallar yüksək məlumat ötürmə sürətini təmin edir və ehtiyat bağlantı kimi istifadə edilə bilər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Starlink  


Bizi "telegram"da izləyin