Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, Ermənistan parlamentinin sabiq sədri Tiqran Torosyan deyib.
“O müqavilələr əgər bu qədər yaxşıdırsa, elə həmin TRIPP və kiçik modul tipli reaktorlarla bağlı sənədlər niyə indiyə qədər imzalanmayıb? Yəni hazırda ortada müqavilə yoxdur, memorandum var və məsələn, Ermənistan hakimiyyəti əmin olanda ki, onu parlamentdən keçirə biləcək, o, başdan-ayağa dəyişdirilə bilər. Əgər müqavilələr təqdim olunmursa, bu o deməkdir ki, ya təqdim etməyə sənəd yoxdur, ya da onları təqdim etmək üçün münasib vaxt deyil”, - deyə o qeyd edib.
Torosyan bildirib ki, bu, cavabı olmayan sualdır.
“Sabah başqa bir sənəd gətirə bilərlər, içərisində tamam başqa mətn yazılar və deyərlər ki, budur, artıq razılaşmadır. Təkrar edirəm, ABŞ ilə hələlik heç bir yekun sənəd imzalanmayıb, bunlar niyyətlər haqqında memorandum-razılaşmalardır, heç bir hüquqi qüvvə və öhdəlik nəzərdə tutmur. Məhz buna görə bəzi ölkələr hələ də Ermənistana xəbərdarlıq edir ki, bunu etməyin, ehtiyatlı olun. Amma əgər imzalansa, artıq həmin ölkələr sərt addımlar atacaqlar” - deyə Torosyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az