Ordu.az xəbər verir ki, bunu “Güclü Ermənistan” Partiyasının üzvü, Yekaterinburqda Ermənistanın keçmiş fəxri konsulu Narek Spartakyan deyib.
“Mən heç vaxt nə Rusiyada, nə də Ermənistanda hər hansı partiyanın üzvü olmamışam. Hakimiyyəti tənqid etməmişəm, çünki tənqid etməyi yox, işləməyi sevirəm. Amma bu hadisələrdən sonra, Samvel Karapetyan “Bizim tərzimizlə” ifadəsinə görə həbs ediləndə və hərəkat başlanmalı olanda könüllü gəlib dedim ki, təcrübəmi bu hərəkata vermək istəyirəm.
Vurğulamaq istəyirəm ki, mən nə “Tashir Group”da işləyirəm, nə də onunla biznesim var. Bu gün rusofobiyadır, sabah iranofobiya, amerikaofobiya ola bilər. Niyə bunları axtarırlar? Məncə, heç nə etməyənlər belə danışır. Məsələ Rusiya deyil. Bu gün Rusiya deyirlər, amma əgər Samvel Karapetyan yox, məsələn, Qriqoryan kimi başqa tanınmış erməni olsaydı, yenə başqa nəsə tapardılar”, - deyə o qeyd edib.
Spartakyan bildirib ki, Samvel Karapetyan konstitusiyanı dəyişməyi təklif etmir.
“Diaspor həmişə Ermənistana gəlirdi. Bu gün də gəlmək və iştirak etmək istəyir. “Covid” və müharibə günlərində onların hazırlığını görmüşəm. Diaspor həm maddi, həm də bilik baxımından töhfə vermək istəyir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az