Ordu.az xəbər verir ki, bunu “Hraparak” qəzetinə müsahibəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan deyib.
Onun sözlərinə görə, əgər əməkdaşlıq olmasa və hamı yalnız şəxsi maraqları və ambisiyaları ilə hərəkət etsə, heç bir nəticə əldə olunmayacaq.
“Amma əminəm ki, belə olmayacaq. Əsas müxalif oyunçular, heç olmasa bu mərhələdə, kifayət qədər birləşiblər və bir məqsəd üçün çalışırlar. Bu məqsəd aydın olmalıdır. Seçkilərdə iştirak etməyimizin səbəbi Nikol Paşinyan və onun partiyasını hakimiyyətdən uzaqlaşdırmaqdır. Mənim məqsədim deputat olmaq və ya parlamentdə fraksiyaya sahib olmaq deyil. Məqsədim bu hakimiyyətdən xilas olmaqdır və buna nail olmaq üçün hər şeyi edəcəyəm”, - deyə Vanetsyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az