Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, əsas diqqət məhz bu mövzuya yönəlib.
Qriqoryan qeyd edib ki, Donald Trampın İranla ticarət edən ölkələrə qarşı gömrük rüsumlarını artıracağı barədə bəyanatı müzakirə olunmayıb.
Ermənistan-Türkiyə münasibətləri və sərhədin mümkün açılması müddətinə gəlincə, Qriqoryan deyib: “Müddət barədə konkret heç nə deyə bilmərəm. Türkiyə ilə əldə etdiyimiz razılaşmaların icra olunacağını gözləyirik və bu razılaşmaların mümkün qədər tez reallaşması üçün türk tərəfi ilə müzakirələri davam etdiririk”.
Alpər Mövludoğlu
Ordu.az