Ukrayna səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür edib

2026/02/1770969980.jpg
Oxunub: 314     11:58     13 Fevral 2026    
Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Kiyevə göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

Ordu.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Mikola Kalaşnik və Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə birlikdə Azərbaycandan İrpenə generatorların təhvil verilməsi prosesinə kuratorluq etdik, bununla da icmanın su təchizatının dayanıqlığını gücləndirdik. Ukraynaya sarsılmaz dəstəyinə görə Azərbaycana təşəkkür edirik", - səfir yazıb.

Bundan əvvəl Azərbaycan səfiri Bakıdan humanitar yardımın Kiyevə çatdığını bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Azərbaycan  


Bizi "telegram"da izləyin