Ordu.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə erməni mütəxəssis Qriqor Balasanyan deyib.
Onun sözlərinə görə, Vens TRIPP (Zəngəzur dəhlizi-red.) haqqında danışarkən təəccüblü şəkildə qeyd edib ki, TRIPP-in maliyyələşdirilməsini regional dövlətlərin edəcəyini düşünür.
“Bəs regionun hansı dövləti TRIPP-i maliyyələşdirəcək? Azərbaycan və Türkiyə. Birləşmiş Ştatların bura investisiya qoyacağından danışmağa dəyərmi? ABŞ hətta TRIPP-ə də investisiya qoymayacaq. TRIPP-ə yatırılacaq hər bir Azərbaycan neft dollarının öz qiyməti var və bunun müqabilində Birləşmiş Ştatlar Azərbaycan və Türkiyəyə bizim hesabımıza nələrisə güzəştə gedəcək. Amma ən acınacaqlısı odur ki, Ermənistanın bundan nə qazanacağı hələ də tam bəlli deyil”, - deyə erməni ekspert şərh edib.
Balasanyan ABŞ vitse-prezidentinin Ermənistan və Azərbaycana səfərlərini kəskin şəkildə fərqləndirməyin zəruriliyini vurğulayıb.
O, ABŞ-Ermənistan və ABŞ-Azərbaycan münasibətlərinin qeyri-bərabərliyinə və fərqli səviyyələrinə diqqət çəkib.
“Belə ki, İrəvanda vitse-prezidentlə yalnız nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq haqqında memorandum imzalandığı halda, Bakıda Vens İlham Əliyevlə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb.
Biz praktiki olaraq fərqli səfərlərlə və müzakirə olunan fərqli məsələlər dairəsi ilə qarşı-qarşıyayıq. Ermənistanda Vens Ermənistana faktiki olaraq 9 milyard dollar borc verdi, çünki o bildirdi ki, ABŞ korporasiyalarının Ermənistana əvvəlcə 5 milyard, sonra isə 4 milyard dollarlıq ixracat etməsinə icazə verəcəklər. Yəni burada investisiyadan söhbət getmir, Ermənistan bu məbləği ödəməlidir. Azərbaycana edilən səfər isə tamamilə fərqli idi, çünki orada strateji münasibətlər xartiyası imzalandı ki, bu da Ermənistanla imzalanmayıb. Xatırladım ki, Ermənistanla yalnız strateji münasibətlər qurmaq niyyəti haqqında memorandum imzalanıb ki, bu da tamamilə fərqli şeydir”, - deyə ermıni ekspert qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az