ABŞ-nin Ukraynadakı keçmiş səfiri: “Trampın Cənubi Qafqaz siyasəti İranla bağlı deyil”

2026/02/1770923307.jpg
Oxunub: 395     23:05     12 Fevral 2026    
“ABŞ prezidenti Donald Tramp İranla ciddi şəkildə maraqlansa da, o, bunu Cənubi Qafqazla əlaqələndirmir”.

Ordu.az xəbər verir ki, bu barədə Atlantik Şurasının (Atlantic Council) Avrasiya proqramının direktoru, ABŞ-nin Ukrayna və Özbəkistandakı keçmiş səfiri Con Herbst deyib.

Onun sözlərinə görə, Tramp Cənubi Qafqazda İrəvan və Bakı arasında sülhün bərqərar olması və regionda ABŞ-nin ticarət maraqlarının irəlilədilməsi üçün proseslər başladıb.

Herbst həmçinin qeyd edib ki, İran məsələsi Tramp administrasiyasının prioritet vəzifələrindən biridir.

“İranın Ermənistanla dostluq, Azərbaycanla isə yaxşı münasibətləri var, həmçinin bu ölkələrlə ümumi sərhədlərə malikdir. Lakin bu amil Trampın Cənubi Qafqaz siyasətində mühüm rol oynamır. Bununla belə, mən demirəm ki, bu, ümumiyyətlə heç bir rol oynamır. Tramp öz İran siyasəti ilə bağlı Ermənistan və Azərbaycana ciddi diqqət ayırmır.

O, yəqin ki, İrana təzyiqi artırmaq barədə düşünür və bəlkə də Ermənistanla Azərbaycanın bu işdə necə kömək edə biləcəyini nəzərdən keçirir, lakin bu, onun Tehran siyasətinin ön planında deyil. Əgər Ermənistan və Azərbaycan nəhayət sülh müqaviləsinə nail olsalar və İrəvan Ankara ilə münasibətlərini yaxşılaşdırsa, İran və Ermənistan arasındakı sıx əməkdaşlığın səbəbləri aradan qalxacaq”, - deyə Herbst bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Qafqaz  


Bizi "telegram"da izləyin