Ermənistanın Fransadakı səfiri Fransa parlamentinin Xarici əlaqələr komitəsinin sədri ilə görüşüb

2026/02/1770910193.jpg
Oxunub: 378     19:26     12 Fevral 2026    
Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan fevralın 12-də Fransa parlamentinin Xarici əlaqələr komitəsinin sədri Bruno Fuks ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.

“Görüşdə Ermənistan və Fransa arasında möhkəm dostluğa əsaslanan, strateji xarakter daşıyan çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bu istiqamətdə parlament diplomatiyasının rolu, eləcə də Ermənistan və Fransa parlamentləri arasında formalaşmış sıx əməkdaşlıq xüsusi vurğulanıb.

Həmçinin regional və beynəlxalq gündəliyin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Səfir Xaçatryan həmsöhbətinə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasına yönəlmiş Vaşinqton razılaşmalarını və onların çərçivəsində TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin icra prosesini təqdim edib”, - deyə məlumatda bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin