ANAMA və FAO minatəmizləmə sahəsində gələcək əməkdaşlığı müzakirə edib

2026/02/1770806450.jpg
Oxunub: 301     14:20     11 Fevral 2026    
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat ilə minatəmizləmə sahəsində gələcək əməkdaşlığı müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Tərəflərin görüşü zamanı Azərbaycanın üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyətin gedişatı barədə qonağa geniş təqdimat edilib.

Həmçinin humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA  


Bizi "telegram"da izləyin